İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson iflasda - milyonçu qohumunun köməyi ilə kredit götürüb

Boris Conson Böyük Britaniyanın baş naziri olarkən 800 min funt sterlinq kredit üçün uzaq bir milyonçu qohumunu zamin kimi göstərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Sunday Times qəzeti məlumat yayıb. Sabiq baş nazirin sözcüsü onun kredit alarkən heç bir qanun pozuntusuna yol vermədiyini bildirib. Qəzetin yazdığına görə, sərvəti 50 milyon dollar olduğu təxmin edilən kanadalı iş adamı Sem Blit o vaxtkı baş nazir üçün kredit xəttinə zamin olmağa razılaşıb.

Məlumata görə, Blit Consonun atası Stenli Consonun dostudur. Onların analarının əmioğlu olduğu deyilir. Kreditin 2021-ci ilin fevralından Consonun "gündəlik xərclərinə" kömək etmək üçün verildiyi bildirilir. Lakin Consonun sözçüsü Sem Blitin özündən kredit götürmədiyini vurğulayıb.

Qəzet Consonun baş nazir kimi 164 min funt sterlinq qazanmasına baxmayaraq, maddi yardıma ehtiyacı olduğunu yazıb. Anonim mənbə Consonun "müflis olmaq" astanasında olduğunu və onun "illik vergi borcunu ödəyə bilməyəcəyi" ilə bağlı qorxuların olduğunu söyləyib.

Conson baş nazir olmazdan əvvəl “The Daily Telegraph” üçün həftəlik köşə yazmaq üçün ildə 275.000 funt sterlinq maaş alırmış. Hökumət rəhbəri olduqdan sonra onun maaşı kəsilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR