İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgələrdə kirayə mənzil bazarında qiymətlər necədir?

Paytaxtla yanaşı, bölgələrdə də aylıq kirayə mənzillərin qiyməti artıb.

Rayonlarda fəaliyyət göstərən rieltorlar bildirirlər ki, qiymətlər mənzillərə görə dəyişir.

Sənan Nuriyev deyir ki, Mingəçevirdə əvvəlki illərlə müqayisədə əşyasız 2-3 otaqlı mənzillərdə 150 manata qədər bahalaşma müşahidə edilir. Şəhərdə əvvəllər aylıq kirayə qiyməti 80-100 manat arasında dəyişən birotaqlı mənzillərdə isə 200 manata qədər artım var.

Lənkəranda da eyni mənzərə yaşanır.

Rieltor Baba Həsənov qeyd edir ki, Lənkəranda kirayə verilən bina evlərinə tələbat çox olduğu üçün bu il qiymətlər artırılıb.

Paytaxta yaxın Sumqayıtda isə bahalaşma özünü daha çox büruzə verir. Şəhərin kirayə mənzil bazarında vəziyyəti dəyərləndirən rieltor Eldar Sadıqov bildirib ki, köhnə tikili binalarda üçotaqlı əşyalı mənzillərin qiyməti 300-350 manatdan başlayır.

Mərkəzi hissələrdə yeni tikili binalarda isə qiymətlər 1000 manata qədər yüksəlir.

Reirtorlar onu da bildirbilər ki, sentyabr ayında-yeni tədris ilinin başladığı ərəfədə qiymətlər müəyyən qədər dəyişə bilər.

Daha ətraflı videomaterialda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR