Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur həkimi, qulaq, burun, boğaz xəstəlikləri uzmanı Ayça Özbal Koç yuxarı tənəffüs yolu infeksiyalarının səbəb olduğu boğaz ağrılarına qarşı təbii üsulları açıqlayıb.
Musavat.com xəbər verir ki, həkim gün içində bol-bol ilıq su içməyi məsləhət görüb.
Bundan başqa, Ayça Özbal Koç tərkibində duz və soda olan qarqaranın nəmləndirici xüsusiyyətlərə malik olduğunu, boğazı təmizləmək və yoluxucu bakteriyaları məhv etmək gücündə olduğunu ifadə edib.
“Otaq temperaturunda bir stəkan suya bir çay qaşığı duz və yarım çay qaşığı soda əlavə edin. Gündəlik hazırladığınız qarqara ilə səhər və axşam həm ağzınızı, həm də boğazınızı təmizləyə bilərsiniz. Bu qarışımın tərkibindəki zərərli olmasa da, udmamağa çalışın”.
Həkimin məsləhətinə görə, boğaz ağrılarını aradan qaldırmaq üçün bal, zəncəfil, limon və müxtəlif bitki çaylarından da istifadə edə bilərsiniz. Bu qidalar və çaylar antibakterial və boğazı sakitləşdirən funksiyalara malikdir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ