İnsanlara hürriyət, millətlərə istiqlal!

Bob Menendez 11 il müddətinə azadlıqdan məhrum edildi

ABŞ-da korrupsiya və rüşvətxorluqda təqsirli bilinən Nyu-Cersi ştatının keçmiş senatoru Bob Menendezin hökmü açıqlanıb. O, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xarici mediaya istindaən xəbər verir ki, ötən ilin iyul ayında Menendez xarici hökumətlərə yardım müqabilində qızıl külçələr, nağd pul və Mercedes-Benz də daxil olmaqla hədiyyələr almaqda 16 maddə üzrə təqsirli bilib.

Prokurorlar məhkəmə sənədlərində eks senatorun cinayətlərinin ağırlığını əsas gətirərək ən azı 15 il həbs cəzası istəyirdilər. Anti-türk mövqeyi ilə tanınan 71 yaşlı Menendez rüşvət müqabilində ABŞ iş adamlarına və Misir hökumətinə kömək etmək üçün siyasi nüfuzundan istifadə etdiyi üçün 11 il həbs cəzasına məhkum edilib. Manhettendə keçirilən məhkəmədə hakim Sidney Stein Menendezin həbs cəzasının iyunun 6-da başlayacağına və onun həyat yoldaşı Nadine Menendezin martın 18-də korrupsiya və rüşvət ittihamı ilə mühakimə olunacağı məhkəməyə qatıla biləcəyinə qərar verib.

Hakim Stein qərarı elan edərkən çıxışında bunları deyib: “Siz uğurlu və güclü idiniz. Siz bizim siyasi sistemimizin başında idiniz. Mən bilmirəm sizi bu cinayətləri törətməyə nə sövq edib”. Steyn bildirib ki, Menendesə hökm verilərkən onun ictimai etimad sahibi olması nəzərə alınmalıdır.

Menendezlə eyni iş üzrə mühakimə olunan iş adamı Fred Daibes 7 il, Vael Hana isə 8 il həbs cəzası alıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR