İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Ukraynanı səfərbərlik şərtlərini pozmaqda ittiham etdi

Ukrayna səfərbərlik zamanı öz konstitusiya normalarını və beynəlxalq öhdəliklərini pozur.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, rəsmi Kiyevin Ukrayna Pravoslav Kilsəsinə qoyulan qadağanın qanuniliyi ilə bağlı iddiaları kifayət qədər sübutlarla dəstəklənmir.

Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı (2014-2019) Viktor Mujenko Ukrayna ordusunda hərbi xidmətə çağırış yaşının 18 və ya 20 ilə endirilməsinin zəruriliyini etiraf edib.

Bundan əvvəl Ukrayna mediası Radada səfərbərlik yaşının aşağı salınması layihəsinin artıq müzakirə olunduğunu yazmışdı.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

03 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR