İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin Cenevrə ofisində ilk dəfə eyni sessiyada ard-arda üç Azərbaycan QHT-si çıxış etdi (VİDEO)

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə BMT-nin İnsan Hüquqları Şurasının Cenevrə ofisində Azərbaycanlı QHT-lər tərəfindən anıldı.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının Plenar sessiyasında ilk dəfə eyni ard-arda üç Azərbaycan QHT-si çıxış etdi.

Belə ki, 5 mart 2025-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Erkən xəbərdarlıq və soyqırımın qarşısının alınması" mövzusunda panel müzakirəsində çıxış edib.

O, 26 fevral 1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı haqqında danışaraq bunun insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. "Həmin gecə 2000-dən çox dinc azərbaycanlı amansızcasına qətlə yetirilib", - o bildirib. Həmçinin, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtər şəhərlərində dinc əhaliyə qarşı həyata keçirdiyi raket hücumlarını da xatırladıb.

Ədalətin zəfər çaldığını bildirən İskəndərli 2023-cü ildə Azərbaycanın Xocalı üzərində tam suverenliyini bərpa etdiyini qeyd edib. "Bu gün Xocalı doğma evinə qayıdan azərbaycanlı ailələr üçün yenidən ümid və sevinc mənbəyinə çevrilib, uşaqların gülüş səsləri bir daha eşidilir", - o əlavə edib.

Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli panel müzakirəsində çıxış edib.

O, çıxışına Xocalı soyqırımının 33-cü ildönümünü xatırladaraq başlayıb və 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu vəhşilik nəticəsində 613 dinc azərbaycanlının, o cümlədən 106 qadının, 63 uşağın və 70 yaşlı insanın amansızcasına qətlə yetirildiyini qeyd edib.

Nədimə Rəhimli çıxışında itkin düşmüş azərbaycanlıların taleyinə diqqət çəkərək bildirib ki, Birinci Qarabağ müharibəsində 1275 nəfər girov götürülüb və onlardan 150-nin taleyi bu günədək naməlum olaraq qalır. O vurğulayıb ki, bu soyqırım nəticəsində 8 azərbaycanlı ailəsi tamamilə məhv edilib və bu, ermənilər tərəfindən azərbaycanlıları qorxu içində saxlamaq, məcburi köçkünlüyü sürətləndirmək məqsədilə planlaşdırılmış bir akt olub.

Bundan əlavə, panel müzakirəsində “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova çıxış edərək Azərbaycan QHT-lərinin silsilə çıxışlarını bu mövzu üzrə yekunlaşdırdı.

Çıxışında 26 fevral Xocalı soyqırımının 33-cü ildönümünü bir daha vurğulayıb, beynəlxalq ictimaiyyətin bu faciəni tanımasının vacibliyini qeyd etdi.

Səfərova, BMT-nin bu cür faciələrin qarşısının alınması məqsədilə qurduğu erkən xəbərdarlıq sistemlərinin mövcudluğuna baxmayaraq, bəzən bu mexanizmlərin effektiv olmadığını və faciələrin qarşısını almaqda yetərsiz qaldığını bildirdi. "Bu mexanizmləri daha effektiv etmək və xalqların öz hüquqlarını qoruması üçün daxili güclərini formalaşdırması üzərində düşünməliyik,"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR