Onlayn ictimai-siyasi qəzet
Dünən dünyanın bir çox ölkəsinin nümayəndələrinin toplantıya qatılmadığı bir vaxtda BMT-nin Baş Assambleyasında mayın 19-da helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisiyə anma mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, məlumatı "Azad İran" yayıb.
Qeyd olunub ki, BMT-nin 193 üzv ölkəsi arasında mərasimə yalnız 90 ölkənin nümayəndəsi qatılıb.
Nyu-Yorkda Baş Assambleyanın zalında keçirilən anım mərasimində yerlərin yarıdan çoxunun boş qalması geniş əks-səda doğurub.
Qeyd olunub ki, anma mərasimi ilə eyni zamanda BMT-nin mənzil-qərargahı ətrafında keçirilən etiraz aksiyasına qatılan hüquqmüdafiəçisi Həsən Naibhaşemi İran prezidenti Rəisini insanlığa qarşı cinayətlər törətməkdə ittiham edib.
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ