Onlayn ictimai-siyasi qəzet
"Biz UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq. Hər COP konfransının özünəməxsus xarakteri var".
"Report" xəbər verir ki, bu sözləri COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən BMT Baş katibinin müavini, Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen jurnalistlərə müsahibəsində deyib.
“İqlim məsələsinə gəldikdə isə Azərbaycan lider ölkə sayıla bilər. Azərbaycan COP29 konfransına ev sahibliyi etmək üçün könüllü təşəbbüs göstərdi. Bu tədbirə ev sahibliyi edən hər bir ölkə öz səxavətliliyini, xeyirxahlığını və liderliyini nümayiş etdirir. Bu COP konfransında biz Azərbaycanın ruhunu və mədəniyyətini hiss edirik. Biz bilirik ki, Bakı Olimpiya Stadionu COP tədbiri çərçivəsində möhtəşəm bir məkana çevriləcək. Həmçinin başa düşürük ki, Azərbaycan öz tarixini, ənənələrini və milli təamlarını nümayiş etdirmək niyyətindədir. Bütün dünya ictimaiyyəti bunu səbirsizliklə gözləyir”, - İ.Andersen bildirib.
UNEP-in icraçı direktoru Azərbaycanın yaşıl enerjiyə 2 milyard dollar sərmayə yatırdığını, neft ölkəsi olaraq ətraf mühitin mühafizəsi sahəsində böyük addımlar atmaqda olduğunu qeyd edib.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ