Onlayn ictimai-siyasi qəzet
BMT baş katibi Antoniu Quterreş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında taxıl dəhlizinin bərpası üçün göstərdiyi səylərə görə Türkiyənin dövlət başçısına təşəkkür edib.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı yeniliklər müzakirə edilib. Türkiyə Prezidenti, Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirdikləri diplomatik gedişlər nəticəsində taxıl dəhlizinin yenidən işə salınmasından məmnunluğunu ifadə edib.
Ərdoğan bildirib ki, indi İstanbul Konsensusunun müddətinin uzadılmasına xüsusi diqqət yetirmək lazımdır.
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ