İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT ABŞ-ın Kubaya qarşı embarqosunu pisləyən qətnamə qəbul edib

BMT Baş Assambleyası ABŞ-ı Kubaya qarşı iqtisadi blokadaya son qoymağa çağıran qətnamə qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, 185 ölkə qətnamənin lehinə, İsrail və ABŞ əleyhinə səs verib, Braziliya və Ukrayna isə bitərəf qalıb.

Rusiya qətnamənin lehinə səs verib.

BMT Baş Assambleyası ABŞ-ı Kubanın blokadasını 30-cu dəfə qaldırmağa çağıran qətnamə qəbul edir. Səsvermə 1992-ci ildən demək olar ki, hər il keçirilir.

Qəbul edilmiş sənəddə Baş Assambleya Kubanın iqtisadi, ticarət və maliyyə blokadasının davam etməsindən və Kuba xalqı üçün mənfi nəticələrə səbəb olmasından təəssüfləndiyini bildirir. Qətnamə Kubaya qarşı məhdudlaşdırıcı tədbirləri olan bütün dövlətləri mümkün qədər tez lazımi addımlar atmağa çağırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR