İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloomberg: Tayvan ABŞ-dan 400 gəmi əleyhinə raket alacaq

Tayvan "Boeing" aerokosmik korporasiyasından 400 gəmi əleyhinə raket alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg agentliyi əməliyyatın təfərrüatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentlik aydınlaşdırır ki, söhbət taktiki “Harpun” raketlərindən gedir. İlk dəfə olaraq, bunlar əvvəllər olduğu kimi gəmi əsaslı deyil, yerüstü raketlər olacaq. Tədarüklər ABŞ Konqresinin 2020-ci ildə Tayvana silah satışı ilə bağlı qəbul etdiyi qərarın bir hissəsi kimi həyata keçiriləcək.

“The Defence Post” portalı Pentaqonun bildirişinə istinadən xəbər verib ki, ABŞ hərbi dəniz qüvvələri “Boeing” şirkəti ilə 400 ədəd “Harpoon” gəmi əleyhinə taktiki raketlərin və müvafiq avadanlıqların istehsalı və tədarükü üçün 1,7 milyard dollar dəyərində müqavilə imzalayıb. Departament daha sonra bu raketlərin Tayvan üçün nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR