İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkendən İsrail-HƏMAS müharibəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, onun ölkəsi İsrail-HƏMAS müharibəsində digər cəbhələrin açılmamasında qərarlıdır.

Bu barədə dövlət katibi Blinken İsrailə səfərinin yekununda mətbuat brifinqində deyib.

"Hizbullah"la, Livanla və İranla bağlı biz başlanğıcdan bildirmişik ki, bu münaqişədə ikinci və ya üçüncü cəbhənin açılmamasında qərarlıyıq", - Blinken əlavə edib.

Blinken xatırladıb ki, müharibənin ilk günündən prezident Bayden vəziyyətdən istifadə edib yeni münaqişə cəbhələri açmaq istəyənlərə bunu etməməklə bağlı xəbərdarlıq edib.

ABŞ dövlət katibi vurğulayıb ki, onun ölkəsi bu istiqamətdə regiondakı ölkələrlə diplomatik səviyyədə işləyir, həmçinin, praktiki addımlar atıb, regiona iki ədəd hərbi təyyarə göndərib. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR