İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken: "Sudandakı münaqişə bütün region üçün təhlükə yarada bilər"

"Sudandakı münaqişə təkcə ölkənin mülki əhalisi üçün deyil, potensial olaraq bütün region üçün təhlükə yaradır".

Bunu Yaponiyada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken G7 xarici işlər nazirlərinin görüşündə deyib. Onun sözlərinə görə, Sudanda baş verən toqquşmalar və zorakılıqlarla bağlı ümumi dərin narahatlıq var:

"Münaqişə mülki əhalini, Sudanı və hətta potensial olaraq regionu təhdid edir. Biz və tərəfdaşlarımız dərhal atəşkəs və danışıqlara qayıtmağın zəruri olduğu fikrini qəti şəkildə bölüşürük".

Blinkenin fikrini Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də dəstəkləyərək, yaxın gələcəyin generalların əlində olduğunu qeyd edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR