İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken: Putinin Ukrayna planı iflasa uğrayıb

Vladimir Putinin Ukraynanı xəritədən silib Rusiyanın tərkibinə daxil etmək planı iflasa uğrayıb.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

“Ukraynaya gəlincə, biz təkcə Avropada deyil, ondan kənarda da bir çox ölkəni birləşdirə bilmişik. Onlar bunun təkcə Ukraynaya deyil, həm də beynəlxalq sistemin bəzi fundamental prinsiplərinə qarşı təcavüz olduğunu etiraf edirlər”, - o qeyd edib.

Blinkenin sözlərinə görə, bu çağırış cəzasız qalsa, o zaman hər yerdə potensial təcavüzkarlar buna diqqət yetirəcək və dünyada daha çox münaqişələr olacaq.

Dövlət katibi qeyd edib ki, koalisiya inanılmaz dərəcədə cəsarətli ukraynalılara təcavüzü dəf etməyə kömək edib: “İndi bu, davamlı səy və mübarizədir”.

O bildirib ki, Ukrayna zamanla uğur qazana biləcək: “Hərbi, iqtisadi, demokratik baxımdan ölkənin güclü planı var”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR