İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz Putinin məğlubiyyətinə nail ola bilərik” - Devid Kemeron

Böyük Britaniya və Fransa Rusiyanın işğalına qarşı mübarizədə Ukraynaya nə qədər lazımdırsa, dəstək verəcəklər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Parisə səfəri zamanı bildirib.

Kemeron fransalı həmkarı Ketrin Kolonna ilə danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinin uduzmasının son dərəcə vacib olduğunu vurğulayıb.

Britaniyalı nazir deyib: “Mən şübhə etmirəm ki, biz Putinin məğlubiyyətinə nail ola bilərik”.

Xarici xəbər agentlikləri qeyd edir ki, bu açıqlama Qərbin Kiyevə dəstəyinin davam etməsi ilə bağlı son narahatlıqlar fonunda verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR