İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz onları tapacağıq, deportasiya edəcəyik” - ABŞ HƏRƏKƏTƏ KEÇDİ

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra immiqrasiya və immiqrantlarla bağlı sərəncamlar imzalayıb. İmmiqrantların ABŞ-dan kütləvi deportasiyası Trampın ilk prezidentlik dövründən gündəmə gətirdiyi mövzulardandır.

Musavat.com xəbər verir ki, birinci prezidentlik dövründə başlatdığı immiqrantların deportasiyası daha kəskin şəkil almaqdadır.

Bunun üçün Donald Tramp administrasiyası əvvəllər sığınacaq təyinatlarına kömək etmək üçün nəzərdə tutulmuş mobil proqramı geri qaytarıb. İndi həmin proqramdan ABŞ-da sənədsiz immiqrantları “özünü deportasiya etmək” üçün istifadə edir. “CBP Home” adlanan proqram miqrantlara “ölkəni tərk etmək” sorğusu göndərməyə imkan verir.

Proqram üzərindən sorğu göndərən immiqrantlara ABŞ Sərhəd Patrulu “ciddi nəticələrlə” üzləşmədən tərk etmək imkanı verəcək. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkədəki sənədsiz immiqrantlar saxlanılıb deportasiya edilməkdənsə, könüllü getməlidirlər. Bu, Ağ Evin ABŞ-ın immiqrasiya sistemində islahatlar aparmaq səylərindəki son addımdır.

2020-ci ildə istifadəyə verildiyi zaman “CBP One” adlandırılan proqram Bayden administrasiyası dövründə miqrantların ölkəyə giriş limanlarına getməsinə imkan vermək üçün genişləndirildi. O zaman rəsmilər proqramın sərhəddə miqrantların həbsinə kömək olduğunu gördülər və onu sığınacaq axtaranları təhlükəli səyahətlərdən qorumaq üçün daha geniş səylərin bir hissəsi kimi təqdim etdilər. İndi yenilənmiş proqram üzərindən miqrantlar özlərini təhvil verir və ölkəni tərk etmək istədiklərini bildirirlər.

Daxili Təhlükəsizlik katibi Kristi Noem açıqlamasında deyib ki, immiqrantlar özlərini deportasiya etməklə və proqramdan istifadə etməklə “gələcəkdə qanuni yolla ABŞ-a qayıtmaq və Amerika arzusunu yaşamaq imkanı əldə edə bilərlər”.

“Əgər etməsələr, biz onları tapacağıq, deportasiya edəcəyik və heç vaxt geri qayıtmayacaqlar”, - Noem belə deyib.

Proqram həmçinin immiqrantlardan “Birləşmiş Ştatları tərk etmək üçün kifayət qədər vəsaitlərinin olub-olmadığını” və “doğulduqları ölkədən etibarlı, müddəti bitmiş pasportun” olub-olmadığını soruşur. Bundan sonra texniki məsələləri həll edilərək immiqrantlar ölkələrinə yola salınırlar.

Donald Tramp administrasiyası immiqrasiya strategiyasında böyük dəyişiklik çərçivəsində “CBP One” proqramını ləğv etmək üçün sürətlə hərəkət edib.

O, həmçinin amnistiya proqramlarını dayandırdı və mühacirlərin kütləvi surətdə ovlanması artdı. Fevralın sonunda administrasiya sənədsiz immiqrantlar üçün milli reyestr yaradacağını və qeydiyyatdan keçməyənlərin potensial olaraq cinayət məsuliyyətinə cəlb oluna biləcəyini söyləyib. Qeydiyyat üçün 14 yaşdan yuxarı sənədsiz immiqrantlardan ABŞ hökumətinə ünvanlarını və barmaq izlərini təqdim etmələri tələb olunur.

Mütəxəssislər qeyd edirlər ki, qeydiyyat sistemi çətinliklərlə üzləşəcək, çünki onu həyata keçirmək çətindir və texniki çətinliklər var.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR