İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz Ermənistanın türkləşməsinə imkan verməyəcəyik”-İrəvanda panika

Aprelin 25-də Daşnaksütyun partiyası fəalları “Nikolsuz Ermənistan!”, “Türksüz Ermənistan”, “Birlik, mübarizə, qələbə!” şüarları səsləndirərək İrəvanın Ərəbkir inzibati rayonundakı küçəni bağlayıblar.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Aksiya iştirakçıları Qarabağ bayrağı və “Başladı” yazılmış pankart açaraq sərnişin avtobusuna miniblər.

Etirazçılardan biri Qor Sarkisyan canlı efirdə ləyaqət və milli qürur uğrunda mübarizənin başladığını bildirib. “Biz Ermənistanın türkləşməsinə imkan verməyəcəyik. Nikol Paşinyanı və onun rejimini Ermənistanda hakimiyyət hüququndan məhrum edəcəyik. Nikol Paşinyan Qarabağ məsələsini erməni xalqının əvəzinə həll edə bilməz, heç kim ona Qarabağı Azərbaycana vermək mandatı verməyib”, etirazçı bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR