İnsanlara hürriyət, millətlərə istiqlal!

BİTDİ! Donetsk TAM işğal olundu! Kəşfiyyat Xarkova HÜCUM ANONSU verdi – Elxan Şahinoğlu CANLIda

Rusiya Xarkov və Sumı vilayətlərinə hücuma hazırlaşır. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski “The Economist”ə müsahibəsində deyib. O, qeyd edib ki, rusların uğuru Ukraynanın Donbassdakı müdafiəsinin nə qədər güclü olacağından asılıdır.

Skibitskinin dediyinə görə, Rusiyanın əsas hücumu mayın sonu və ya iyunun əvvəlində başlayacaq: “Rusiya Ukraynada ümumilikdə 514 min nəfərlik quru qoşunu yerləşdirib. Xarkovla sərhəddə yerləşən Rusiyanın şimal qüvvələrinin sayı hazırda 35.000 əsgərdir, lakin ehtimal ki, 50.000-70.000-ə qədər artırılacaq. Rusiya həmçinin, 15.000-20.000 nəfərlik “ehtiyat diviziyası” yaradır və onu da əsas qüvvələrə əlavə edə bilər”.

Lakin Skibitskinin fikrincə, hətta bu halda belə rusların böyük bir şəhəri tutmaq üçün kifayət qədər gücü olmayacaq. “The Economist” qeyd edir ki, Qərb hərbi mütəxəssisləri və rəsmiləri də eyni fikirdədir. Bununla belə, daha kiçik miqyaslı əməliyyatlar mümkündür: "Giriş və çıxış üçün sürətli əməliyyat ola bilər. Lakin Xarkov və ya hətta Sumının alınması başqa bir səviyyədə əməliyyatdır. Bunu həm Rusiya, həm də biz bilirik”.

Rusiya hərbi qüvvələri Ukraynanın Çasiv Yar şəhərinin cənub ətrafında irəliləyişə nail olub. Bu barədə “Welt” məlumat yayıb. “Çasiv Yar Donetsk yaxınlığında ukraynalıların istehkama çevirdiyi strateji əhəmiyyətli kiçik şəhərdir. Şəhərin ətrafında bir rayon var, orada - bu rayonun cənubunda da ruslar. Bu, sıçrayış deməkdir”, - mənbə bildirib. Nəşr vurğulayıb ki, şəhər Donetsk vilayətinin son iri şəhərlərinə gedən yol olduğu üçün strateji əhəmiyyət kəsb edir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR