Onlayn ictimai-siyasi qəzet
“BitMEX” kriptovalyuta birjasında “Bitcoin”in məzənnəsi martın 19-na keçən gecə 8900 dollara düşüb. Digər saytlarda isə 60 min dollardan yuxarı qalıb. Bunu ticarət məlumatları sübut edir.
Məlumata görə, düşmə cəmi bir neçə dəqiqə davam edib. Tezliklə “BitMEX”də ilk kriptovalyutanın məzənnəsi bərpa olunaraq 67 min dollar səviyyəsinə qayıdıb.
RBC birjanın bəyanatına istinadən yazır ki, çöküşün səbəbi “Bitcoin” satışı üçün böyük sifarişlər olub. Kriptovalyuta platformasının nümayəndələri əmindirlər ki, insident bazarlara və fondların təhlükəsizliyinə təsir göstərməyib. Eyni zamanda, bildirilib ki, “BitMEX” anormal aktivliyi araşdıracaq.//Oxu.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ