İnsanlara hürriyət, millətlərə istiqlal!

Birləşmiş Millətlər Təşkilatının baş katibi Bakı və İrəvanın birgə bəyanatını alqışlayıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ötən gün Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatı tərəfindən yayılmış birgə bəyanatı alqışlayır. Bu barədə cümə günü Nyu-Yorkda keçirilən brifinqdə Birləşmiş Millətlər Təşkilatının mətbuat katibi Stefan Dyüjarrik bildirib.

Azərbaycan və Ermənistan bəyanatda qeyd edirlər ki, bu gün "regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi imkan" yaranıb. Hər iki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinə nail olmaq niyyətini təsdiqləyib.

"Baş katib inam yaratmaq üçün bir sıra tədbirləri elan edən və ikitərəfli münasibətlərin normallaşmasına sadiq olduqlarını təsdiqləyən Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır", –cümə günü Stefan Dyüjarrik bildirib.

"Birləşmiş Millətlər Təşkilatı tərəfləri region əhalisinin xeyrinə qarşılıqlı etimad və uzunmüddətli sülhə nail olmaq üçün əldə edilmiş razılaşmaya əsaslanmağa çağırır", - bəyanatda deyilir. / Turan

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR