Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Mərkəzi Nankının yeni qəbul etdiyi qərarla valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərin nizamnamə kapitalının minimum miqdarı müəyyən edilib və bu zaman bölgələr üzrə diferensiallaşdırma aparılıb.
Həmin tələbi ödəyənlər lisenziyalaşdırılacaq və fiziki şəxslərə, turistlərə xidmət göstərə biləcəklər.
Xəzər TV-yə Mərkəzi Bankın şöbə rəisi Xəyyam İsmayılov bildirib ki, yeni qaydalara görə, fiziki şəxslər valyutadəyişmə məntəqəsində şəxsiyyət vəsiqəsi təqdim etmədən 500 ABŞ dolları ala biləcəklər. Bəs bir vətəndaş gün ərzində müxtəlif məntəqələrdən şəxsiyyət vəsiqəsi təqdim etmədən, ayrı-ayrılıqda 500 dollar dəyərində valyuta dəyişə bilərmi?
Xəyyam İsmayılov deyib ki, əgər fiziki şəxs il ərzidnə 20 min manatdan artıq əməliyyat həyata keçirirsə, bu zaman ona münasibətdə müştəri uyğunluğu tətbiq ediləcək.
Onun sözlərinə görə, bir valyuta məntəqəsinin bir fizki şəxslə gündəlik valyuta mübadiləsinin həddi isə maksimum 20 min manat və ona ekvivalent məbləğdədir.
Qeyd edək ki, qanunun bu tələblərinə uyğun olaraq ölkədə 5 valyuta mübadilə məntəqəsi müstəqil formada fəaliyyət göstərir. Növbəti vaxtlarda bu sayın artacağı ehtimal edilir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ