Onlayn ictimai-siyasi qəzet
Bakıda mənzil qiymətləri ilin əvvəlindən bu günə qədər xeyli artıb. Son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir.
Bir tərəfdən bahalaşma, digər tərəfdən də vətəndaşlar ipoteka ilə ev almaqda çətinlik çəkirlər. Əhali ipoteka ilə ev almaq üçün sənədləşmələrlə bağlı süründürməçiliklə üzləşdiyini bildirir. Bu səbəbdən də əksəriyyət daxili kreditlə ev almağa çalışır. Bu zaman da illik kredit faizləri yüksək olur.
Niyə ölkəmizdə ipoteka ilə ev almaq bu qədər qəlizdir?
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, fondun nizamnamə kapitalı artırılıb. Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb. Bəs nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün nə vəd edir?
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov "TV Müsavat"ın qonağı olub, bu və digər sualları cavablandırıb. Musavat.com həmin videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Rafət Şahbazov
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ