İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir aydan az müddətdə 36 oğurluq hadisəsi törətmiş 6 gürcü saxlanıb

Fransanın cənub-qərbində gürcülərdən ibarət dəstə zinət əşyaları oğurlayarkən yaxalanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Dəstə üzvləri bir neçə həftəlik araşdırmalardan sonra noyabrın 15-də Jironda və Tuluzada saxlanıblar. Polisin məlumatına görə, oktyabrın 20-dən noyabrın 15-dək Bordo bölgəsində baş vermiş ən azı 36 oğurluq hadisəsində həmin bu beş əcnəbi iştirak edib. Yalnız yaxalandıqdan sonra onların milliyəti və vətəndaşlıqları bəlli olub.

"Onlar çox sürətlidirlər, maşınlarında yatırlar və bir gecədə bir neçə oğurluq edə bilirlər", - deyə rəsmilərdən biri söyləyib.

Saxlanan zaman soyğunçuların üzərindən qızıl-zinət əşyaları, həmçinin kompüter, telefon və eynək kimi 250 ədəd oğurluq əşya aşkar edilib. Təqsirləndirilən şəxslərin barəsində dekabrın 21-dək həbs qətimkan tədbiri seçilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR