İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bilmirsən, kim taksi sürücülərinə deyib ki, camaatı pozun"

Əməkdar artist Elza Seyidcahan qalmaqallı sözləri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi bayağı mahnı ifaçılarına əsəbləşib.

"Avtobusa minirik, sürücü öz xoşuna gələn bayağı mahnıları qoyur. İşdən çıxıb, evinə gedənlər məcbur dinləməlidir. Taksiyə də minəndə eyni... Bilmirsən, kim bunlara deyib ki, camaatı pozun. "Xarı bülbül", "İpək yolu" festivalları keçirilir, Azərbaycan musiqisi təbliğ olunur.

Xalqı kütlə adlandıranlar, küt özünüzsünüz! Xalqın adından bunu istəyir deməyin. Avtobus, taksi sürürsən radio dinlə. Sərnişinlərə xidmət edirsiniz. İctimai nəqliyyatda radiolar olmalıdır, sürücünün xoşuna gələn musiqilər yox. Küçələrdə gedən sürücülər "bezdarnı" mahnıları o qədər yüksək səslə qoyurlar ki... Sənin zövqsüz mahnın mənim maşınıma girməlidir? Pəncərələrini ört, üfunətinə orada qulaq as".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR