İnsanlara hürriyət, millətlərə istiqlal!

Bezos Fransalı iş adamını arxada qoydu: Yeni reytinq açıqlandı

Bloomberg Agentliyi yeni Milyarderlər İndeksini açıqlayıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, indeksdə əsas dəyişiklik 2-ci yerdə baş verib.

Belə ki, Amazon.com Inc-in təsisçisi Ceff Bezos LVMH – “Moet Hennessy Louis Vuitton” şirkətinin rəhbəri Bernard Arnaultu geridə qoyaraq dünyanın ən zəngin adamları siyahısında ikinci yeri tutub.

Bezosun sərvəti ilin əvvəlindən “Amazon” səhmlərinin bahalaşması sayəsində 49,3 milyard dollar artaraq 156 milyard dollara çatıb. Arno isə 2023-cü ildə 6,95 milyard dollar itirib, hazırda onun sərvəti 155 milyard dollar qiymətləndirilir.

Birinci yerdə isə yenə də sərvəti 200 milyard dolları keçən dünyada yeganə şəxs olan “Tesla”nın baş direktoru İlon Maskdır. İlin əvvəlindən 52 yaşlı iş adamı 96,8 milyard dollar zənginləşərək varidatını 234 milyard dollara yüksəldib.

Qeyd edək ki, ilin əvvəlindən “Tesla”nın səhmləri 106 faiz, “Amazon”un səhmlərinin qiyməti 58 faiz artıb, LVMH-nin kapitallaşması isə 2,1 faiz azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR