İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağa isə qar yağır.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 38 mm, Zaqatalada (Əlibəy) 35 mm, Gədəbəydə 31 mm, Şəkidə 26 mm, Gəncədə 20 mm, Şahdağ, Daşkəsəndə 18 mm, Qusarda 17 mm, Göygöldə 15 mm, Oğuz və Sədərəkdə 14 mm, Şəmkir və Qəbələdə 13 mm, Qubada 12 mm, Tovuz və Balakəndə 11 mm, Qrız və Şahbuzda 10 mm, Şərurda 8 mm, Bərdə və Naftalanda 7 mm, Tərtər, Yevlax, Ağdam, Mingəçevir, Naxçıvan, Kəlbəcər, Şamaxı, Xaltan, Göyçay, Ağstafa, İsmayıllı, Qobustan, Ağdam, Zəngilan, Zərdab, Goranboy, Sabirabad, Şabran, Altıağac, Culfa, Füzuli, Şuşa, İmişli, Neftçala, Salyan, Biləsuvar, Ağsu, Ağcabədi, Ordubad, Ceyrançöl, Xaçmaz və Xınalıqda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında bir mm-dək olub.

Lerik, Göygöl, Gəncə, Balakən, Şəki, Qəbələ, Altıağac, Sumqayıt, Şəmkir, Qax, Oğuz, Şamaxı, Qobustan, Qusar, Yevlax və Göyçayda duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlbəcər, Goranboyda 19 m/s, Mingəçevir 18 m/s, Ağdam 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-də 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR