Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Uşaq Sülh Mükafatının bu ilki sahibi Əfqanıstandan olan 17 yaşlı Nila İbrahimi olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İbrahimi bu mükafatı Taliban 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra qadınların hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı Əfqanıstanda "qızların hüquqları uğrunda mübarizədə cəsarətli fəaliyyətinə" görə alıb.
Nila İbrahimi hələ mükafat almamışdan əvvəl, məktəbli qızların ictimai yerlərdə mahnı oxumasına qoyulan qadağanı aradan qaldırmaq üçün Kabilin təhsil orqanlarına səsindən istifadə edərək təzyiq göstərdikdən sonra internetdə populyarlıq qazanmışdı.
İbrahimi mahnı oxuyarkən özünü lentə alıb, qardaşı isə videonu sosial şəbəkədə yayıb.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ