Onlayn ictimai-siyasi qəzet
Hazırda iqlim məsələlərinə yönəldilən maliyyənin çoxu avadanlıq, infrastruktur və texnologiyaya investisiya kimi yatırılır.
Musavat.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Lisbeth Steer ODI Global-da Sistem və İdarə Heyətinin sədrinin baş məsləhətçisi, beynəlxalq inkişaf və inkişafın maliyyəsi üzrə mütəxəssis Lisbet Stir bildirib.
O qeyd edib ki, iqlim maliyyəsi ilə bağlı bir çox problem mövcuddur: "Bəziləri burada müzakirə edildi. Xüsusilə maliyyə, ticarət və investisiya arasında uyğunluq burada müzakirə olundu. Bəzən bir tərəfdən maliyyəni səfərbər edirik, amma sonra bu, ticarət siyasəti etdiyimiz investisiyaya əks-təsir göstərir. Beləliklə, həm maliyyənin miqyası problemi var ki, burada müzakirələrin çoxu nə qədər investisiya edə biləcəyimiz barədədir, amma eyni zamanda investisiyanın necə həyata keçirildiyinə və müxtəlif siyasətlərin ticarət, investisiya və maliyyə sahələrində nə qədər uyğun olduğuna baxmaq da vacibdir".
L.Stir bacarıqların inkişafı və təhsilə yatırılan investisiyaların tez-tez tamamilə unudulduğunu vurğulayıb. Eyni zamanda Azərbaycan hökumətini və prezidentliyini irəli sürülən təşəbbüslərə görə təbrik edib.
Nigar HƏSƏNLİ
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ