İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Cinayət Məhkəməsi Putinə qarşı yeni ittihamlar hazırlayır?

 

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi elektrik şəbəkəsinə raket zərbələri endirən ruslar üçün yeni həbs orderləri verməyə hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına görə, ukraynalı uşaqların qanunsuz deportasiyası Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) araşdıracağı yeganə cinayət işi olmayacaq.

Gələn xəbərlərə əsasən, məhkəmə mülki infrastruktura qəsdən zərbələr vurma hadisəsinə görə yeni order və ittihamlar hazırlayır.

"Mülki infrastrukturun məhv edilməsi insanlığa qarşı cinayət (Roma Əsasnaməsinin 7-ci maddəsi) və ya müharibə cinayəti (Roma Əsasnaməsinin 8-ci maddəsi) kimi təsnif edilə bilər" deyə Aqora beynəlxalq təşkilatının rəhbəri Kirill Koroteyev bildirib. Onun sözlərinə görə, maddələrin təsnifatı toplanmış sübutlardan asılı olacaq.

“Cenevrə Konvensiyalarına və onların protokollarına uyğun olaraq, hərbi münaqişə tərəfləri “hərbi məqsədlər” və “mülki məqsədlər” arasında fərq qoymalıdırlar. Mülki obyektlərə hücum qadağandır "-deyə Koroteyev qeyd edir.

BCM-nin baş prokuroru Kərim Xan bu yaxınlarda Ukraynaya səfəri zamanı enerji infrastrukturuna hücumların şərtlərinin aydınlaşdırılmasına xüsusi diqqət yetirib. Koroteyevin sözlərinə görə, "Elektrik şəbəkələri qanuni hərbi hədəflər hesab edilmir".

Rusiya enerji strukturlarının vurulmasını 10 oktyabr 2022-ci ildən həyata keçirir. BMT-nin15 mart 2023-cü il tarixli hesabatının yayılmasına qədər 13 hücum dalğası qeydə alınıb. BMT və “Human Rights Watch” təşkilatının məlumatına görə, elektrik sənayesinə zərbələr zamanı yüzlərlə dinc sakin həlak olub və yaralanıb. Milyonlarla insan işıqsız, istiliksiz və susuz qalıb. Soyuq havaların başlaması ilə onların həyatı üçün real təhlükə yaranıb.

Rusiya özü bu zərbələri inkar etmir. Putin oktyabrın 31-də baş verən hücumu “Krım körpüsünə edilən hücuma cavab” adlandırıb və əlavə edib ki, Rusiyanın edə biləcəyi tək şey bu deyil.

“Birinci epizod oynanıldı. Başqaları da olacaq”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yazıb.

Dövlət Dumasının deputatı Boris Çernışov isə “ukraynalılar donub çürüməlidirlər” cümləsini işlədib.

Mülki obyektlərə zərbələr endirməkdə şübhəli bilinən şəxslərin adları məhkəmə tərəfindən hələlik açıqlanmayıb. Qeyd edək ki, orderlər həm hərbi orqanlara, həm də sıravi əsgərlərə verilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR