Onlayn ictimai-siyasi qəzet
20 noyabrda Bakıda COP29 çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli tədbir keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə təşkil ediləcək bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.
Paneldə nələr müzakirə ediləcək?
Qeyd edək ki, sözügedən tədbir Nəqliyyat Günü çərçivəsində keçiriləcək və panel-müzakirə COP29-da Mavi Zonaya giriş üçün akkreditasiyası olan hər kəs üçün açıq olacaq.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ