Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
2006-cı il təvəllüdlü Bilalov Xəyal Əsgər oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin və bədənin müştərək travmaları diaqnozları qoyulub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com- a bildirilib ki, 27.03.2025-ci il tarixində saat 11:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"2006-cı il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, sağ alın nahiyəsinin geniş əzilmiş, cırılmış yarası, alın sümüyünün basılmış xətti sınığı diaqnozları təyin edilib".
Qeyd edilib ki, pasiyent ixtisaslı tibbi xidmətin göstərilməsi üçün 28.03.2025-ci il tarixində Bakı şəhərinə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
"Hazırda tibb müəssisəsinin Neyrotravma şöbəsində şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - TƏBİB- dən bildirilib.
Şahanə Rəhimli
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ