İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsədin Moskvadakı HƏYATI İLƏ BAĞLI ŞOK GERÇƏKLƏR üzə çıxdı: 40 milyon dollara 4 mənzil və...

Suriyanın qaçaq prezidentinin Rusiyada harda məskunlaşa biləcəyinin detalları üzə çıxıb. Musavat.com xəbər verir ki, Bəşər Əsəd hakimiyyətdə olduğu dövrdə aktiv şəkildə Rusiya paytaxtından daşınmaz əmlak alıb. 2019-cu ildə Əsəd ailəsinin Moskva şəhərində dəyəri 40 milyon dollar və ya təxminən 3 milyard rubl olan 20-yə yaxın mənzil aldığı məlum olub. Financial Times-in məlumatına görə, vəzifədə olarkən Qərbin sanksiyaları altında olan Bəşər Əsəd öz qohumlarını çirkli pulların yuyulması üçün müxtəlif korrupsiya sxemlərinə fəal şəkildə cəlb edib. Buna nail olmaq üçün kredit müqavilələri və psevdo-şirkətlərindən ibarət kompleks sxem işlənib hazırlanıb.

Financial Times yazır ki, Bəşər Əsəd və onun ailə üzvləri Moskvanın mərkəzində illər öncə aldıqları dəbdəbəli mənzillərə sığına bilərlər:

“20 mənzildən 13-ü birbaşa və ya dolayı yollarla Əsədin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri və 2011-ci ildə dinc etirazçıların dağıdılmasında mərkəzi fiqur olan 48 yaşlı Hafiz Maxlufun nəzarətində olan şirkətlər tərəfindən, ikisi isə həyat yoldaşı və qızı tərəfindən alınıb. -Hafizin böyük qardaşı Rami Maxlufun qaynı uzun müddətdir Suriyanın ən nüfuzlu iş adamı hesab olunurdu. Moskva göydələnlərində daha 3 daşınmaz əmlak birbaşa Maxlufun digər 3 qardaşı tərəfindən alınıb”.

Rami Maxluf Suriya prezidentinin əmisi oğludur. Əsədin qohumlarının yaşayış üçün ən azı 4 mənzildən istifadə etdiyi iddia edilir.

Xatırladaq ki, noyabrın 27-də Suriyada əsasən “Heyət Təhrir əş-Şam” və Suriya Milli Ordusu əməliyyata başlayıb. Türkiyənin şimalındakı İdlib vilayətindən başlanan hücum dekabrın 8-nə keçən gecə Dəməşqin tutulması ilə nəticələnib və Əsəd rejiminin devrilməsi elan olunub. Bundan sonra Bəşər Əsədin təyyarə qəzasında ölməsi ehtimalının yüksək olduğu xəbəri yayılıb. 12 saatdan çox vaxt keçdikdən sonra Rusiyanın dövlət agentlikləri TASS və “RİA Novosti” Əsədin ailəsi ilə birlikdə “humanitar səbəblərə görə” hər kəsə sığınacaq verilən Moskvaya gəlişi barədə məlumat yayıb. Rusiya Xarici İşlər Nazirliyinin dəqiqləşdirdiyi kimi, Əsəd “Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları” ilə danışıqlardan sonra prezident postunu tərk etmək qərarına gəlib. Rəsmi Moskva bu danışıqlarda iştirakını inkar edib. Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Əsədin Rusiyaya getməsini biabırçı qaçış adlandırıb. O, həmçinin prezidentin devrilməsinin səbəbləri kimi korrupsiyaya uğramış sistemin qeyri-populyarlığını, cəmiyyətdə və orduda dəstəyin olmamasını göstərib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız millət vəkili Elman Nəsirovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR