İnsanlara hürriyət, millətlərə istiqlal!

Beriyanı aldatmaq istəyən akademik – gəncliyində onu ölümdən ilk baxışdan sevgi xilas edib

Kurçatov adına Atom Enerjisi İnstitutunda direktor işləyərkən ad günlərinin birində kollektiv Anatoli Aleksandrova zaraftla marşal poqonları hədiyyə edib. Gözlənilməz hədiyyədən təəccüblənəndə müavin hədiyyə haqqında kiçik şərh verib:

- Bu gün biz sizə atom marşalı rütbəsini təqdim edirik.

Həmişə açıq fikirli olan, siyasətə və rəsmilərə çox da meyl göstərməyən, marşallarla çox vaxt yola gedə bilməyən Aleksandrov kollektivin bu hədiyyəsini məmnunluqla qəbul edib və zarafatla münasibət bildirib:

- Çox böyük etimaddır. Lavrenti Beriyanın da adı olduğu marşallar siyahısına düşmək heç də kiçik məsələ deyil.

13132132-1.jpg (65 KB)

Bəli, o, marşalları yaxşı tanıyıb, onlarla tez-tez ünsiyyətdə olub. Bu ünsiyyətlər Aleksandrov üçün xoş olmasa da, xidməti işi bu zərurəti yaradıb. Hətta Aleksandrov bir dəfə Beriyanı aldatmağa da cəhd edib. 1946-cı ildə Mərkəzi Komitədə Fizika Problemləri İnstitutunun direktoru vəzifəsinə namizədlər müzakirə ediləndə Stalin bu vəzifəyə Aleksandrovun namizədliyini irəli sürüb və bu təyinatın reallaşmasını SSRİ Xalq Komissarları Soveti yanında yaradılmış atom enerjisinin istifadəsi ilə bağlı xüsusi komitənin rəhbəri Beriyaya həvalə edib. Beriya Aleksandrovu söhbətə çağırıb. Aleksandrov əvvəlcədən söhbətin nədən gedəcəyini bilib və direktor olmaqdan yayınmaq üçün “maraqlı” bir çıxış yolu tapıb. O, qəbula gəlməzdən əvvəl yolda bir şüşə araq alıb, həmin arağı kostymunun üstünə çiləyib, ağzını yaxalayıb. Bir sözlə, Aleksandrov süni surətdə özünü sərxoş vəziyyətə salmağa çalışıb. Beriya ona instituta direktor təyin edilməsi ilə bağlı fikrini bildirəndə Aleksandrov bəhanələrini işə salıb:

2eoy-full.jpg (138 KB)

- Lavrenti Pavloviç, bu kifayət qədər ciddi vəzifədir, məsuliyyətli bir işdir. Mən bu vəzifənin öhdəsindən gələ bilmərəm. Sizdən nə gizlədim, 40 dərəcəyə olan həvəsim də mənə imkan verməyəcək ki, bu vəzifənin öhdəsindən lazımi səviyyədə gəlin.

Beriya Aleksandrovun bu bəhanələrini gülməklə qarşılayıb. Aleksandrov isə bu gülüşü başqa yerə yozub:

- Yəqin ki, indi sərxoş olduğuma görə gülürsünüz.

- Yox, Anatoli Petroviç, ona gülürəm ki, arağı haradan aldığınızı və ağzınızı araqla harada yaxaladığınız yeri sizə dəqiq deyə bilərəm.

Sonra o, stolunun üstündəki təyinatla bağlı əmri Aleksandrova uzadıb:

- Gedin, işə başlayın...

30421d999dd92d05fe728a248676c57f.jpg (85 KB)

Anatoli Aleksandrov 1903-cü ildə Kiyev vilayətinin Taraşa şəhərində anadan olub. Kiyev real məktəbində təhsil alıb. Vətəndaş müharibəsi vaxtı, 9 fevral 1919-cu ildə o, yaxın dostu ilə şəhərətrafı bağ evindən Kiyevə qayıdanda dəmiryolu stansiyasında təsadüfən qonşuğunda yaşayan zabitlə rastlaşıb. Zabit gənclərə bildirib ki, Kiyevə getmək olmaz, bolşeviklər şəhəri tutublar, əgər siz öz vətənininzi qorumaq istəyirsinizsə, ağqvardiyaçılara qoşulun. Beləliklə də, 16 yaşlı Aleksandrov Krımda Vrangelin ordusunda yunker rütbəsində pulemyotçu kimi “qırmızı”lara qarşı mübarizəyə qatılıb. Fiziki cəhətdən sağlam və güclü olan Aleksandrov qısa müddətdə fərqlənib, nümunəvi xidmətinə görə mükafatlandırılıb. 1920-ci ilin payızında Krım qırmızı ordu tərəfindən ələ keçiriləndə Aleksandrov əsir götürülüb və onu güllələnməyə göndərilənlərin eşelonuna salıblar. Ölüm eşelonuna düşənləri qeydiyyata salan komissar qız Aleksandrovu qarşısında görəndə ilk baxışdan ona vurulub. Bu ani sevgi Aleksandrovu ölümdən xilas edib. Həmin qız gələcəyin akademikinə qaçmağa şərait yaradıb.
Sovet hakimiyyəti qurulduqdan sonra Aleksandrov Kiyevdə sıravi elektrik işləyib, daha sonra Kiyev Dövlət Universitetində ali təhsil alıb, fəaliyyətini Kiyevdəki 79 nömrəli məktəbdə fizika və kimya müəllimi kimi davam etdirib.

MAImage294f0888_6c36_4bab_9dd3_501ae3f3e99e_slide_4fca011d-e574-437e-b9a4-c119889d8a20_0.jpg (133 KB)

Aleksandrovun sonrakı həyatı sırf elmlə bağlı olub. O, Leninqradda Kalinin adına Politexnik İnstitutunda dissertasiya və doktorluq işi müdafiə edib. 1943-cü ildə atom silahının yaradılmasında iştirak edib, SSRİ Elmlər Akademiyasının 2 nömrəli xüsusi laboratoriyasında (sonralar Atom Enerjisi İnstitutu) İqor Kurçatovun müavini olub, 1946-1955-ci illərdə Fizika Problemləri İnstitutuna rəhərlik edib, 1960-cı ildə isə Kurçatovun vəfatından sonra Atom Enerjisi İnstitutunun direktoru vəzifəsinə təyinat alıb.
Atom enerjisi üzrə dünyanın ən tanınmış mütəxəssilərindən biri sayılan Aleksandrov 1975-ci ildə SSRİ Elmalər Akademiyasını prezidenti seçilib.

Aleksandrov 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra könüllü olaraq öz vəzifəsindən istefa verib. Çernobıldakı reaktorlar başqa bir institutuda yaradılsa da, onun baş konstruktoru başqa bir adam olsa da, Aleksandrov bu qəzada özünü də günahkar sayıb və o, Çernobıl qəzasını öz şəxsi faciəsi kimi qəbul edib.

Anatolij-Aleksandrov.jpg (87 KB)

Vrangelin pulemyotçusundan akademiya prezidentliyinə qədər yüksələn Aleksandrov bütün ömrünü elmə həsr edib. O, elm sahəsində olanlar arasında ən çox təltif olunan akdemik olub. 9 dəfə “Lenin” ordeni, 3 dəfə Sosialist Əməyi Qəhrəmanı, 4 dəfə Stalin mükafatı, 1 dəfə Lenin, 1 dəfə dövlət mükafatı, Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı, Vətən müharibəsi ordenləri və çoxsaylı medallarla Aleksandrov təltif sahəsində rekordçudur.

Aleksandrov 1966-cı ildən 1989-cu ilə qədər Mərkəzi Komitənin üzvü olub, dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilib.

aleksandrov-ap-grave.jpg (290 KB)

Akademik Çernobıl hadisələrdən sonra qəzanın fəsadlarını aradan qaldırarkən həlak olan ilk 28 nəfərin dəfn olunduğu Moskvanın Mitinsk qəbirstanlığını tez-tez ziyarət edib. Aleksandrov 1994-cü ildə vəfatından öncə həmin qəbirstanlıqda dəfn olunmasını vəsiyyət edib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR