Onlayn ictimai-siyasi qəzet
Banqladeşin müvəqqəti hökumətinin baş məsləhətçisi iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Məhəmməd Yunus olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Prothom Alo məlumat yayıb.
Tələbə hərəkatının koordinatorları Nahid İslam, Asif Mahmud və Əbubəkr Məcümdar sosial şəbəkələrdə Nobel mükafatı laureatını hökumət müşaviri təyin etmək planını açıqlayıblar. Onlar bu məsələyə baxmağın 24 saat çəkdiyini söyləyən bir video yayımladılar.
Tələbə etirazlarının liderlərindən biri N.İslam tələbələrin Yunusla danışdıqlar apardığını bildirib. O, Banqladeşin müdafiəsi üçün məsuliyyət daşımağa razılaşıb. Müvəqqəti hökumət etirazçıların qərarını dərhal yerinə yetirməyə borclu olacaq.
Avqustun 5-də Banqladeşin baş naziri Şeyx Hasina kütləvi etirazlara görə istefa verib və ölkəni tərk edib. Siyasətçi ölkədən hərbi təyyarə ilə çıxıb və Hindistana gedib. Banqladeşdə 24 saat ərzində ən azı 109 nəfər küçə iğtişaşlarının qurbanı olub.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ