İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika baş nazirinə qarşı sui qəsd: məktubda zəhər...

Belçika baş naziri Aleksandr De Kroonun ofisinə göndərilmiş məktubda zəhərli maddə aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" yazıb. Nəşr yazır ki,  məktubu açan ofis işçisi xəstəxanaya yerləşdirilib. Hadisə 2024-cü ilin noyabr ayının sonunda baş versə də, Belçika prokurorluğu bu barədə yeni açıqlama yayıb. Araşdırma nəticəsində məktubda insana zərərli olan, kənd təsərrüfatında pestisid kimi istifadə edilən strixnin maddəsinin aşkarlandığı bildirilib.

Ümumilikdə, De Kroonun ofisinə bu cür 3 məktub göndərildiyi məlumdur. Lakin onların eyni şəxs tərəfindən göndərilib-göndərilmədiyi hələ dəqiq deyil.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR