İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus Müdafiə Nazirliyi: “Shahed” dronlarını vurduq, Polşa ilə...

Belarus Müdafiə Nazirliyi iddia edir ki, onlar “Shahed” tipli pilotsuz uçuş aparatlarını vurublar və onların hərəkəti barədə Polşa tərəfinə məlumat veriblər.

Musavat.com xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib.

Xəbərə görə, Ukrayna ilə Rusiya arasında PUA zərbələri mübadiləsi baş verib, nəticədə bəzi dronlar guya radioelektron mübarizə vasitələrinin təsirindən kursdan yayınaraq istiqamətlərini itiriblər. Belarus hava hücumundan müdafiə qüvvələrinin həmin dronların bir qismini məhv etdiyi qeyd olunub.

Nazirlik həmçinin açıqlayıb ki, gecədən səhərə qədər Belarus Polşa və Litva ilə dronların hərəkəti barədə məlumat mübadiləsi aparıb və onları pilotsuz aparatların yaxınlaşması barədə xəbərdar edib.

“Bu, Polşa tərəfinə vəziyyətə operativ cavab vermək, növbətçi hava qüvvələrini havaya qaldırmaq imkanı verdi. Polşa tərəfi də Ukrayna ərazisindən Belarus sərhədinə yaxınlaşan naməlum uçuş aparatları barədə Belarusun növbətçi döyüş hesablamalarını məlumatlandırıb”, – deyə Belarus Müdafiə Nazirliyi bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR