İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ Azərbaycan - Ermənistan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan Respublikası və Ermənistanın sülh danışıqlarının başa çatması barədə açıqlamasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, bu tarixi addım həm Azərbaycanın, Ermənistanın, həm də bütün Qafqaz regionunun inkişafına nail olmaq üçün kommunikasiya, dialoq və sabitlik körpülərini gücləndirəcək.

"Report"un xəbərinə görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zəki Nuseybe qeyd edib ki, BƏƏ regional və beynəlxalq səviyyədə təhlükəsizlik və sülhün möhkəmləndirilməsi, davamlı, konstruktiv əməkdaşlığın yeni dövrünü başlayacaq nizamlanmanın möhkəmləndirilməsi üçün iki ölkə arasında razılaşdırılmış bütün tədbirləri dəstəkləyir.

Nuseybe BƏƏ-nin Azərbaycan və Ermənistanla geniş əlaqələrə malik olduğunu və qarşılıqlı maraqlara nail olmaq üçün onlar arasında əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR