Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, mayın 20-də Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "CareerLaw" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda BDU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla ilk görüşü keçirilib.
Musavat.com xəbər verir ki, görüş zamanı Kollegiyanın sədri Anar Bağırov tələbələrə "gələcəkdə neçə nəfər vəkil olmaq istəyir?" sualını ünvanlayıb.
Tələbələrin əksəriyyəti vəkil olmaq istədiyini bildiriblər.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ