Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyan İnterfaks-a bildirib ki, İrəvan Rusiya tərəfinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir, lakin hələlik konkret razılaşma yoxdur.
Musavat.com xəbər verir ki, səfir açıqlamasında bunu belə əsaslandırıb:
"Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Burada heç bir problem yoxdur, sadəcə olaraq texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. İş davam edir”.
Musavat.com
23 May 2025
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ