İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram gecəsi Bakıda DƏHŞƏT: kürəyindən vurub öldürdü - TƏFƏRRÜATLAR

 

2021-ci il dekabrın 31-i saat 23 radələrində Bakının Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 121C ünvanında yerləşən “144 Tea House” kafedə qətl hadisəsi olur. Daxil olan məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirirlər.

Hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavid Atəşzadə saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fikrət Hüseynovu qanında 0,7% qatılığında etil spirti aşkar edilib.

Musavat.com xəbər verir ki, Lent.az qətl hadisəsisinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, dekabrın 31-i saat 22 radələrində Cavid Ataşzadə Mir Cəlal küçəsi, 121 ünvanında fəaliyyət göstərən kafedə spirtli içki qəbul edərkən ora daxil olan tanışı Fikrət Hüseynovu görüb. Bir neçə ay əvvəl Fikrət anasının ünvanına kinayə ilə pis ifadə işlətdiyindən, yaranmış qəzəb hissinin təsiri altında onu öldürmək istəyib. Bu məqsədlə kafenin mətbəxindən götürdüyü bıçağı sağ əlinin içərisində gizlədərək, masaya yaxınlaşıb. Kafenin işçiləri ilə söhbət edən Fikrət Hüseynova zərbə vuraraq, onu xuliqanlıqla öldürüb.

İş üzrə dindirilmiş Cavid Atəşzadə bildirib ki, 2021-ci ilin sentyabrında mikrorayon ərazisində fəaliyyət göstərən kafedə çay içib, evə getməyə hazırlaşıb:

“Çöldə əyləşib, 2 nəfərlə yemək yeyən Fikrət məni masalarına dəvət etdi. Əyləşən kimi, o, mənə gülümsəyərək “sənin ananı tanıyıram, müəllimədir” dedi. Bu ifadə mənim üçün gözlənilməz oldu, çünki Fikrətlə yaxın münasibətim yox idi.

Sözlərinə aydınlıq gətirməsini istəyəndə o, ayağa qalxaraq “vuraram, cırıq-cırıq olarsan” dedi. Cavab qaytarmayaraq, çıxıb getdim. Təxminən ay yarımdan sonra elə bir vəziyyət yarandı ki, namaz qılmağı saxlayaraq, yenidən spirtli içki içməyə başladım. Dekabrın ortalarından Fikrəti tapıb həmin söhbətə aydınlıq gətirmək istədim. Həmişə oturduqları kafelərə gedib axtarsam da, hamı Hüseynovu görmədiyini bildirərək, məni yola verdi.

Dekabrın 31-də kafeyə getdim. Tanışları ilə əyləşən obyektin müdiri olan qadın məni öz masalarına dəvət etdi. Bundan 15-20 dəqiqə sonra Fikrət kafeyə gələrək, yanımızda əyləşdi. Bir az söhbət edəndən sonra Hüseynov yaxamdan tutaraq, ayağa qalxmağımı tələb etdi. Yaxamdan tutub, qaldırmasını mənə “peysər deməsi” kimi qəbul etdim. Fikrətin bu hərəkətindən və əvvəllər anam barəsində kinayə ilə danışmasından qəzəblənərək, masadan qalxdım və mətbəxə doğru getdim. Bıçağı götürüb qayıtdım və arxadan yaxınlaşaraq, Fikrətin kürəyinə bir dəfə zərbə vurdum. Sonra kafedən çıxıb yaşadığı məhəlləyə getdim. Kafeni tərk edəndə, Hüseynov ayaq üstə idi. 15-20 dəqiqədən sonra polis əməkdaşı zəng edib harada olduğumu soruşduqda, həyətdə oturmaduğumu dedim. Binanın qarşısına çıxaraq, onlara təslim oldum”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Günay Hüseynova ifadəsində göstərib ki, Fikrət Hüseynov onun əri olub, nikahlarından 2 övladları var:

“Dekabrın 31-də məhəllədə bir nəfərin bıçaqlandığını eşidib kafenin qarşısına gəldik. Polis əməkdaşları məni içəri buraxmadılar. Hadisədən sonra mənə məlum oldu ki, yoldaşımı Cavid adlı şəxs bıçaqlayaraq, öldürüb”.

Şahid qismində dindirilmiş kafenin icarədarı Yeganə Hüseynova bildirib ki, dekabrın 31-də kafeyə gələn Cavidə onların masasına əyləşib, yemək yeməsini təklif edib:

“Bundan 15 dəqiqə sonra Fikrət gəldi. Fikrət Hüseynov 5-10 dəqiqəlik kafeyə gəldiyini, bayram günü ilə əlaqədar uşaqları ilə dənizkənarı parka gedəcəyini dedi. Masada mehriban söhbət edirdik.

Fikrət Cavidə ağır söz deməyib və onun yaxasından tutmayıb. Cavidin əlində bıçaqla çölə çıxdığını görəndə, anamla birgə arxasınca qaçdıq. Qayıdıb, kafedə qan ləkələrini görəndə, dərhal sahə inspektoru Amid Fərzəliyevə və təcili tibbi yardıma zəng etdim. Fikrətin kürəyindən qan axırdı. Köynəyini çıxarıb, yardım etməyə çalışsaq da, qanaxmanın qarşısını almaq mümkün deyildi. Hadisə yerinə gələn 7-ci bölmənin əməkdaşlarına məlumat verdik ki, Fikrəti Cavid Atəşzadə bıçaqlayıb.

Polis əməkdaşı Fərid İsayev Cavidə zəng edəndə, o, idman və sağlamlıq mərkəzinin qarşısında olduğunu bildirdi. Ora yollanan polis əməkdaşları Cavidi orda saxlayaraq, bölməyə apardılar”.

Məhkəmə iclasında Cavid Atəşzadə ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericiliklə müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Cavid Atəşzadənin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübüta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Atəşzadə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR