İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenlər sudan quru çıxdı, “yalançı” Smirnov isə 6 il iş aldı


Keçmiş FTB informatoru Aleksandr Smirnov Ukraynanın “Burisma” şirkətindən Co Bayden və onun oğlu Hanterə verildiyi iddia edilən rüşvət haqqında yalan danışdığı üçün 6 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bundan əlavə, o, iki milyon dollar məbləğində vergidən yayınmaqda təqsirli bilinib.

“Röyter”in məlumatına görə, o, yalan məlumat verməkdə və iki milyon dollar vergidən yayınmaqda günahını etiraf edib. “Los Angeles Daily News” xəbər verir ki, Smirnov həmçinin ABŞ Daxili Gəlir Xidmətinə 675 min dollar ödəməyə razılaşıb.

2024-cü ilin dekabrında əldə edilmiş ittiham razılaşmasının bir hissəsi olaraq Smirnov 2020-ci ildə rüşvət haqqında məlumatı olduğunu iddia edərək FTB-yə yalan danışdığını etiraf edib. Onun sözlərinə görə, bu rüşvətin Ukraynanın “Burisma” şirkətinin rəhbərliyi tərəfindən Co Baydenə və onun oğlu Hanterə siyasi müdafiəyə görə verildiyi iddia edilir. Hanter Bayden “Burisma”nın idarə heyətində çalışıb.

ABŞ və İsrail vətəndaşlığı olan Smirnov on ildən çox FTB-nin informatoru kimi çalışıb. Prokurorlar hesab edirlər ki, onun korrupsiya ilə bağlı yalan ifadələri 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir etmək məqsədi daşıyıb. Bu bəyanatlar Konqresi Co Baydenə qarşı impiçment araşdırması başlatmağa təhrik edib, lakin sonradan təsdiqlənməyib.

Beləcə, Baydenlər sudan quru çıxdılar, arada “yanan” isə Smirnov oldu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR