İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin oğlu Avropada qadın alveri şəbəkəsi ilə əlaqədə şübhəli bilinir

ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin adı "Şərqi Avropada qadın alveri şəbəkəsi" ilə əlaqədə və yüngül əxlaqlı qadınlara verilən ödəniş çeklərinin saxtalaşdırılmasında keçir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail qəzeti ABŞ Maliyyə Nazirliyinin sənədləri əsasında məlumat yayıb.

Qəzet məxfi mənbənin göstərdiyi sənəddən sitat gətirib: "Bayden Şərqi Avropadakı qadın alveri şəbəkəsində iştirak etmiş şəxslərə pul göndərib".

Məqalədə qeyd olunur ki, müstəntiqlər bununla bağlı “Wells Fargo” adlı bankın hesablarını izləyiblər. Gələn xəbərlərə görə, Co Baydenin oğlu bu sxemdə iştirak edib.

“Wells Fargo” özü 2019-cu il dekabrın 17-də ABŞ Xəzinədarlığına təqdim etdiyi sənəddə “iddia edilən şəbəkə ilə əlaqəli 25 şəxs və təxminən yeddi milyon dollarlıq şübhəli hesabı” göstərib. Burada Hanter Baydenin ödədiyi çeklər ortaya çıxıb.

Daha sonra həmin şəbəkənin əsl mərkəzinin Çin olduğu aşkarlanıb

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR