İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baydenin Arizonada uran hasilatına qadağası Putinə hədiyyədir” - ABŞ mediası

ABŞ prezidenti Co Baydenin Arizonada uran yataqlarının işlənməsini qadağan etmək qərarı Rusiya prezidenti Vladimir Putinə hədiyyə olub.

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, ABŞ-dakı atom elektrik stansiyaları hələ də  yanacağın təxminən 12%-ni Rusiyadan alır. İndi ABŞ nüvə reaktorları üçün istifadə olunan uranın ümumi həcminin təxminən 95%-ni idxal edir.

Materialda deyilir ki, yeni fərman Amerika tərəfinin Rusiya uranına alternativ tapmasını daha da çətinləşdirəcək.

Bayden Arizona ştatında bir milyon hektara yaxın əraziyə “milli abidə” statusu verib və bu da, jurnalistlərin fikrincə, hazırkı administrasiyanın dağıdıcı enerji siyasətinin növbəti abidəsinə çevrilib.

Müşahidəçilərin fikrincə, Bayden yataqların istismarını aparmaqla yanaşı ABŞ-ın təbii ehtiyatlarını qorunmasını eyni zamanda mümkün saymır. Ancaq dağ-mədən sənayesinin mütəxəssisləri onilliklər ərzində bu işi parallel apara biliblər.

1906-cı ildə qəbul olunmuş “Qədim əşyalar aktı” ABŞ prezidentlərinə tarixi obyektləri qorumaqdan ötrü federal torpaqları “milli abidə”lər üçün ayırmağa icazə verir. Prezident Barak Obama vəzifədə olarkən bu qanundan milyonlarla hektar ərazini zəbt etmək və bu ərazilərdə neft və qaz yataqlarının işlənməsini yasaqlamaq üçün istifadə edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR