İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden yenə GÜNDƏM OLDU - Bu dəfə illəri və adları qarışdırdı - VİDEO

ABŞ prezidenti Co Bayden Kaliforniya ştatında tərəfdarları qarşısında çıxışı zamanı ənənəvi çaşqınlıqlara yol verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların lideri burada ölkənin ən böyük avtomobil istehsalçısı “General Motors”un “2035-ci ilə qədər” tamamilə elektrikli avtomobillərə keçəcəyindən danışırmış.

Co Bayden, “General Motors”un baş direktoru Meri Barra ilə bu barədə söhbət etdiyini bildirib. “O, mənə zəng vurdu və dedi ki, 3035-ci ilə (?) qədər onlar tam elektriklə çalışan maşınlar istehsal edəcəklər”, - deyə dövlət başçısı şirkətin planları barədə deyib.

Eyni çıxışında Bayden “General Motors”un baş direktorunun adını ABŞ Ali Məhkəməsinin hakimi Emi Koni Barretlə səhv salıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR