Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib.
Amerika liderinin oval kabinetdə çıxışı canlı yayımlanıb.
Bayden ilk növbədə həmvətənlərini prezident seçkilərində ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb:
"Mən öz seçimimi etdim, indi seçim sizindir - Amerika xalqı". O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb.
ABŞ Prezidenti çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını yekunlaşdırmaq niyyətində olduğunu bildirib: "Mən Qəzzada müharibəni dayandırmaq, bütün girovları evinə qaytarmaq, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirmək üçün işləməyə davam edəcəyəm".
Amerika lideri həmvətənlərinə müraciətdə Ukraynaya dəstək olan dövlətlərin koalisiyasının qorunub saxlayacağına ümidvar olduğunu deyib.
“Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin bütün dövrlərindən daha güclü edəcəyəm”, - prezident qeyd edib.//Report
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ