Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəslə bağlı sazişlərin bağlanması perspektivlərini müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. Sənəddə göstərilir ki, Bayden və Netanyahu Doha danışıqlarının gedişatına toxunublar.
Bundan əlavə, ABŞ və İsrail liderləri İsrail və Livan arasında atəşkəs razılaşması ilə bağlı regionda dəyişən vəziyyət, Suriyada Bəşər Əsəd hökumətinin devrilməsi və İranın təsirinin zəifləməsini müzakirə ediblər.
Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan daha əvvəl CNN telekanalında bildirib ki, tərəflər Yaxın Şərqdə atəşkəs razılaşması əldə etməyə çox yaxındırlar. Eyni zamanda o, bunun yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl baş verə biləcəyini etiraf edib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından silahlı Həmas tərəfdarlarının İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və qaçırılanların hamısını azad etmək məqsədi ilə anklavda əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər və İordan çayının qərb sahilində toqquşmalar bu günə qədər davam edir.
Şahanə Rəhimli
Musavat.com
13 Yanvar 2025
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ