İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər

ABŞ Prezidenti Co Bayden bu həftə Ukraynanın Rusiya daxilinə zərbələr endirmək üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Telegraph” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, “Storm Shadow”dan istifadə etmək üçün ABŞ-nin icazəsi lazımdır, çünki raketlər Amerika sistemləri ilə tandemdə istifadə olunur. Bununla belə, hansı sistemlərdən söhbət getdiyi dəqiqləşdirilmir.

Qeyd edək ki, dünən ABŞ dövlət katibi Entoni Blinken Baydenin Böyük Britaniyanın Baş naziri Kir Starmerlə bu məsələni müzakirə edəcəyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR