İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Trampın həbsxana fotosundan danışdı: “Nə yaraşıqlı oğlandır”

ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampın həbsxanadakı şəkli ilə bağlı fikirlərini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Fox News kanalı məlumat yayıb.

Taho gölündə məzuniyyətini keçirən Bayden jurnalistlərin ondan “Trampın şəklini görüb-görmədiyi” barədə sualını cavablandırıb.

Bayden "həmin fotonu televiziyada gördüyünü" deyərək sadəcə bu sözləri söyləyib: “Nə yaraşıqlı oğlandır”.

Xatırladaq ki, Donald Tramp 2020-ci ildə Corciya ştatında seçkilərin nəticələrini öz xeyrinə saxtalaşdırmaq cəhdində ittiham olunur.

WhatsApp Image 2023-08-26 at 13.30.37.jpeg (17 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR