İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden təzə "eşqə düşüb" :"Bloggerlik edəcəyəm"

ABŞ prezidenti Co Bayden təqaüdə çıxanda blogger olacağı ilə bağlı zarafat edib.

Musavat.com xəbər verir ki, bu barədə o, bloqqerlərlə görüşündə bildirib.

"Çox adam blogger olmaq istəyir. Sizcə təqaüdə çıxanda hara gedəcəyəm? Əlaqələrim var... İş axtardığım üçün sizi Ağ Evə çağırdım", - Bayden deyib.

Qeyd edək ki, ABŞ prezidenti bundan əvvəl post uğrunda mübarizədən imtina edib. Onun səlahiyyətləri 2025-ci il yanvarın 20-də yeni Amerika lideri and içdikdən sonra başa çatacaq.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR