İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: “Respublikaçılar Trampın namizədliyini irəli sürəcəklər”

Nyu-Hempşir ştatında keçirilən praymerizin nəticələrindən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkisində Respublikaçılar partiyasının namizədi kimi iştirak edəcəyi bəlli olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin hazırkı lideri Co Bayden bəyan edib.

“Artıq aydın oldu ki, Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə namizəd olacaq”, - deyə dövlət başçısı bildirib. Amerika lideri qarşıdan gələn seçkilərdə “stavkaların həmişəkindən daha yüksək olacağını” vurğulayıb. Bayden qeyd edib ki, seçkilərdə o, təkcə demokratların deyil, bəzi respublikaçıların, eləcə də heç bir partiyaya mənsub olmayan vətəndaşların dəstəyinə ümid edir.

Bundan əvvəl Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildə ABŞ prezidentliyinə keçiriləcək ilkin seçkilərdə qalib gəldiyini açıqlayıb. O, indiki qələbənin onun üçün çox vacib olduğunu qeyd edərək, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində də qələbə qazanacağına əminliyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR